Deputat Ukrayna Prezidentinin fikirlərini absurd adlandırdı

0
5

Rusiya Dumasının Krımdan olan deputatı Konstantin Baxarev Ukrayna Prezidenti Vladimir Zelinsinin açıqlamalarına cavab verib.

1az.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Konstantin Baxarev Vladimir Zelinskinin Rusiyanın G8-ə qayıtması üçün irəli sürdüyü şərtləri absurd və təhqiredici adlandırıb: “Rusiyanın 2 milyondan çox Krım sakinini bir növ beynəlxalq quruluşa üzv olmaq üçün mübadilə edə biləcəyi ehtimalları mənim üçün absurd və təhqiramiz görünür”.

O həmçinin qeyd edib ki, Rusiya vətəndaşları və əraziləri ilə ticarət etmir. Deputat Krımın statusunun müzakirə mövzusu olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, buna qədər Ukrayna Prezidenti Vladimir Zelinski Rusiyanın G8-ə qayıtmasının Krımı qaytarması və Donbassdakı münaqişəni həll etməsi ilə mümkün ola biləcəyi barədə Facebook səhifəsində paylaşım edib.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN