20 əyləncəli sual və cavabı…Siz də yoxlayın…

0
14

1- Ən böyük risk nədir? = Risk etməmək

2- Ən pis qərar nədir? = Qərarsızlıq

3- Xəyallarınız suya düşdüyü zaman kədərlənməmək üçün nə edərsiniz? = Onlara əvvəlcədən üzməyi öyrədərəm

4- Müvəffəqiyyətin ilk qaydası nədir? = İnanmaq

5- Bir çempion yarış əvvəli özünü necə hiss edər? = Çempion kimi

6- Arzular necə reallaşır? = İstək halına gəlməzsə əsla reallaşmaz

7- İnsanın ən böyük düşməni kimdir? = Özü

8- Hansı bəhanə müvəffəqiyyətsizlik üçün etibarlıdır? = Heç bir bəhanə

9- Hədəfə çatmaq üçün lazım olan ruh halı? = Prinsipiallıq

10- Bir dünya çempionuna qalib gəlməyin ilk şərti nədir? = Onun kim olduğunu unutmaq

11- Kədər, qayğı və əsəbimizi azaltmağın yolu nədir? = Hədəflərimizi böyütmək

12- Hansı səhər sizin üçün fürsətlərlə dolu başlanğıcdır? = Hər səhər

13- Hər şeyi bacarmaq istəyən insan nəyi bacarar? = Heç bir şeyi

14- Bir şeyi bacarmaq istəyən nəyi bacarar? = Hər şeyi

15- Paylaşdıqca böyüyən şey nədir? = Məlumat

16- Yaxşı gündə, pis gündə, xəstəlikdə və sağlamlıqda sizi əsla tək buraxmayan nədir? = Hədəfləriniz

17- Ən böyük vaxt itkisi nədir? = Beynimizi gərəksiz mövzularla yormaq

18- Müvəffəqiyyətli insanlar zamanı istifadə etmə mövzusunda ən çox nəyə diqqət edirlər? = Prioritetlərə

19- Müvəffəqiyyətin ən asan yolu nədir? = Sizin etmək istədiklərinizi edənlərin iş prinsipini öz işinizə modelləşdirmək

20- Hər iki tərəfində hər zaman, qətiliklə xoşbəxt olduğu alış-veriş nədir? = Kömək

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN