Azərbaycanlı alim Gürcüstana buraxılmadı-Sərhəddən geri qaytarıldı…

0
291

Tarixçi-alim, antropoloq, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədovu növbəti dəfə Gürcüstana buraxmayıblar.

1az.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

Məlumata görə, əslən Gürcüstanın Dmanisi (Başkeçid) rayonun Gəyliyən kəndindən olan tarixçi-alim bir neçə gün öncə ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib. Lakin gürcü sərhədçilər alimin guya Gürcüstan qanunvericiliyinə uyğun olmayan fəaliyyət göstərdiyindən “arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə yasaq qoyulduğunu bildiriblər.

Qeyd edək ki, tarixçi alimə qarşı Gürcüstan rəsmilərinin tətbiq etdiyi bu sanksiya ilk deyil. Bundan əvvəl də Kərəm Məmmədova qarşı belə bir sanksiya tətbiq edilib. Ancaq bu ilin mart və aprel aylarlında bu sanksiya götürülmüş və Kərəm Məmmədov anasının dəfnində və 40 mərasimində iştirak edə bilmişdi. İndi isə yenidən tarixçi alimə doğulduğu yurda getmək qadağan edilib.

Gürcüstan rəsmiləri atdıqları bu addımları Gürcüstan qanunvericiliyinin dəqiq bəndi ilə ifadə edə bilmədiklərindən ümumi “digər səbəblər” yazmışlar.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN