“Beşiktaş”ın prezidenti Azərbaycan futbolu barədə nə dedi?..

0
14

“Beşiktaş”ın prezidenti Fikrət Orman Azərbaycan futboluna söz atıb.

1az.az qol.az-a istinadən xəbər verir ki, o, yeni baş məşqçi Abdullah Avcının təqdimetmə mərasimi zamanı bildirib ki, futbolunun səviyyəsini qaldırmayacaqları təqdirdə, Çempionlar Liqasında Azərbaycan, Moldova, Andorra kimi ölkələrin klubları ilə qarşılaşmalı olacaqlar:

“Prezident olduğum gündən bəri həm “Beşiktaş”ın, həm də türk futbolunun səviyyəsini qaldırmaq üçün çalışdım. Prezidentlərin, nümayəndələrin yeganə vəzifəsi yalnız öz klublarının uğur qazanması deyil. Türk futbolunu yüksəltmək hamımızın borcudur. 2004-cü ildən etibarən Çempionlar Liqası 1, Çempionlar Liqası 2 və Çempionlar Liqası 3 kimi turnirlərin təşkili gündəmdədir. Görünür, Superliqanın səviyyəsini yüksəltməyəcəyimiz təqdirdə, ÇL-də Azərbaycan, Moldova, Andorra kimi ölkələrin komandaları ilə oynayacağıq. Bu, təkcə “Beşiktaş”ın dəyişdirə biləcəyi məsələ deyil”.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN