Bu gün Paşinyan bütün erməniləri VACİB XƏBƏR üçün Xankəndinə toplayır…

0
160

1az.az xəbər verir ki, Ermənistanin baş naziri Nikol Paşinyan öz şəxsi səhifəsində maraqlı bir status paylaşıb. Belə ki, 10 günlük məzuniyyətdən qayıtdığını yazan Paşinyan bu gün, yəni avqustun 5-də qondarma “DQR”in Xankəndi şəhərində mitinq keçirəcəyini yazıb və bütün Ermənistanı həmin mitinqdə iştirak etməyə dəvət edib.

Paşinyan həmçinin statusunda bildirib ki, mitinqdə əhaliyə çox vacib xəbərlər verəcək. Bəyanat ermənilər arasında çox böyük maraq doğurub. Əksəriyyət hesab edir ki, baş nazir Ermənistandakı özünün inqilabçı elektoratını oraya toplayaraq qondarma “DQR” hökumətinə son hədə mesajlarını bildirmək istəyir.

Erməni mənbələri xəbər verir ki, avqustun 5-də Xankəndidə maraqlı proseslər və hətta qarşıdurmalar, çaxnaşmalar istisna deyil. Gizli hesabat açıqlanacağı da bildiriir. Qeyd edək ki, ermənilərin Xankəndinə axını bu saatlarda da davam edir. 1az.az mövzunu diqqətdə saxlayır və oxucularımıza hadisələrin gedişi ilə bağlı əlavə məlumat verəcəyik…

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN