Bu gün Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür

0
1

Hər il sentyabrın 10-u İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq assosiasiyanın təşəbbüsü, Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə Ümumdünya İntiharların Qarşısının Alınmasının Günü qeyd edilir.

Müasir həyat və iş ritmləri, həmçinin bir sıra subyektiv amillər insanı müəyyən anda ağır cinayət əməlinə sürükləyir. O, öz həyatına qəsd etmək fikrinə düşür. Statistikaya görə, orta hesabla, dünyada zorakı ölüm hadisələrinin yarısı intiharların payına düşür.

1az.az AZƏRTAC-a istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən intihar nəticəsində ölənlərin sayı ildə 1 milyona yaxınlaşır. İntiharın hadisələrinin yayılması sahəsində inkişaf etmiş ölkələr liderlik edir. Bu sahədə birincilik Şərqi Avropa ölkələrinə məxsusdur. Yaponiyada hər il təxminən 30 min insan öz həyatına qəsd edir. Latın Amerikası və islam ölkələri bu sahədə ən aşağı göstəricilərə malikdir. Afrika ölkələrində isə statistik məlumatlar yoxdur.

Dünya Səhiyyə Təşkilatı və tərəfdaşları nəinki intiharın əleyhinədirlər, həm də özünəqəsdə cəhd edən adamların lazımi qaydada müalicə edilməsini və nəzarətdə saxlanmasını, həmçinin intihar hadisələrinin kütləvi-informasiya vasitələrində ehtiyatla işıqlandırılmasını vacib sayırlar. Bütün dünyada intiharın vaxtsız ölümün qarşısı alına bilən əsas səbəblərdən biri olduğu barədə ictimaiyyəti daha çox məlumatlandırmaq lazımdır. Hər bir hökumət intiharların qarşısının alınması üçün milli strategiya hazırlamalı və əhali arasında intihar və özünəqəsd əhval-ruhiyyəsinin profilaktikası üçün konkret tədbirlər həyata keçirməlidir.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN