Cavad Zərif Trampı ələ saldı: “Başqa çarəsi qalmayıb”

0
2

Eastnews.org-un verdiyi xəbərə görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ-ın İranın nüvə proqramına qarşı sanksiyalarının tamamilə təsirsiz olduğunu deyib.

ABŞ-ın sanksiya aludəçisinə çevrildiyini deyən Cavad Zərif bildirib ki, ABŞ müxtəlif ölkələrə sanksiya tətbiq edir və hər gün yeni bir hökumətə qarşı tədbir görür. ABŞ-ın özünə sanksiya tətbiq etməkdən başqa əlacı qalmayıb.

“Amerikalılar sanksiya aludəçisinə çeviriliblər. Ancaq sanksiyalarının heç bir təsiri yoxdur və dünya üçün get-gedə məzxərə mövzusu halına gəlib” – deyə Cavad Zərif banqladeşli həmkarı ilə Dakkada keçirdiyi görüşdən sonra açıqlama verib.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN