Elgiz Əkbəri avtobusda lağa qoydular:”Bu nə gündədir…”

0
45

Aparıcı Elgiz Əkbər avtobusda başına gələn hadisəni tamaşaçılarla bölüşüb.

1az.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı “Səhər-səhər” verilişində bildirib ki, ictimai nəqliyata mindiyi üçün qadınlar onu lağa qoyub:

“28 May tərəfdə avtomobilim xarab oldu. Mən də gedirəm Pirallahı tərəfə. Gördüm qırmızı avtobus dayandı, xoşuma gəldi. Mindim, necə gözəl, sərin. Dayanmışam, bütün avtobusdakılar başladı məndən danışmağa. Günün mövzusu mənəm. Biri geyimimi, biri ayaqqabımı müzakirə edir. Biri də qayıdıb yanındakına ki, bu yazıq efirdə kök görünür, indi arıqdır.

Bir yaşlı qadın isə qayıtdı ki, bu yazıq nə gündədir, avtobusda gəzir. Cavab verdim ki, sözü düz işlətmədiniz, avtobusa minmək pis deyil. Nə gözəl, insan içində oldum”.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN