Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

0
2

1az.az xəbər verir ki, 2019-cu il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının verdiyi xəbərə görə, mükafat James Peebles (Kanada-ABŞ), Mişel Mayor (İsveçrə) və Didier Queloza (İsveçrə) verilib.

James Peebles Fiziki kosmologiya sahəsində nəzəri kəşfə görə, Mişel Mayor və Didier Queloz isə “Günəş tipli ulduz orbitində olan ekzoplanetin kəşfinə görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.APA

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN