Kənan MM: “Qanımızı içən Bakı Nəqliyyat Agentliyi, hamımızı bezdirmisiniz!” — VİDEO

0
15

Rejissor Kənan Mahmudov (Kənan MM) Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə dayanma-durma qaydalarına riayət edilməsi üçün şərait yaratmamasından şikayətlənib.

1az.az kult.az-a istinadən xəbər verir ki, rejissor bu barədə sosial şəbəkədə video paylaşıb.

“Biz sizdən də ağıllıyıq, BNA” başlığı ilə video paylaşan rejissor bu sözləri deyib:

“Qanımızı içən Bakı Nəqliyyat Agentliyinin kameralarından gizlənmək istəyirsinizsə, maşınınızın qapılarını kameranın arxasında açıq saxlayın. Bizi bezdirmisiniz! Bu barədə tədbir görmək lazımdır. Maşını saxlayıb, dükana girirsən, görürsən ki, BNA kamerası avtomobilin şəkilini çəkib. Maşınlarımızı saxlamaq üçün bir yer göstərin. Vicdan da yaxşı şeydir. Ayıb olsun!”

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN