Milyarder insanların başına dollar səpdi-VİDEO

0
33

1az.az xəbər verir ki, Rusiyalı milyarder İqor Rıbakov Sankt-Peterburqda biznes-foruma toplaşanların başına 20 min dollar səpib.

74.ru” saytının məlumatına görə, əskinasların hamısı 1 dollar dəyərində olub.

“Atam mənə nə vaxtsa 1 dollar hədiyyə edərək onu çoxaldıb paylaşmağı xahiş edib. Mən də bunu etdim. Bu əskinas biznes aləminə simvolik biletdir”, – deyə oliqarx vurğulayıb.

O bildirib ki, bu insanların gələcək rifahına bir investisiyadır.

Qeyd edək ki, Rıbakovun biznes-forumda çıxışının qonorarı 200 min dollar təşkil edib. O bu məbləğin 10 faizini insanlara qaytarmağa qərar verib və bunu özünəməxsus tərzdə həyata keçirib.

  

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN