Moskva gözəli kralın hədiyyə etdiyi nişan üzüyünü satdı-248 min dollar

0
5

Oksana Voyevodina kral V Məhəmməd tərəfindən hədiyyə edilmiş nişan üzüyünü satıb. O, bu addımını “Müalicə üçün pul ödəməli oldum” sözləri ilə izah edib.

Xatırladaq ki, bir həftə əvvəl mediada qızın monarxdan aliment istədiyi barədə məlumat yayılıb. Bu gün “Miss Moskva 2015”in qalibi kralın verdiyi nişan üzüyünü satmalı olduğunu təsdiqləyib. Səbəb Oksananın hələ hamilə olduğu dövr üçün xəstəxanaya ödəməli olduğu pullardır.

“Satdığım qiyməti deməyəcəyəm, amma həqiqi dəyərdən üç qat azdır. Bu pulu İsveçrədəki tibbi xidmətləri ödəmək, hamiləlik müalicəsi üçün istifadə etdim. O zaman uşağımı itirmək təhlükəsi ilə üz-üzə qalmışdım”, – deyə Oksana media nümayəndələri ilə söhbətində dilə gətirib.

Mənbənin yaydığı məlumatda kralın üzüyü 248 min dollar aldığı bildirilib.

Qeyd edək ki, cütlüyün toyu 2018-ci ilin noyabrında baş tutub. Toydan sonra V Məhəmməd taxtdan imtina edib. Cütlüyün boşanması ilə bağlı məlumatlar bu il iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN