MÜƏLLİM ÖMRÜ-Ayna Sarablı yazır…

0
54

Bu gün-5 oktyabr müəllimlər günüdür. Bu münasibətlə bu ada layiq olan bütün müəllimləri təbrik edirəm. Allahın bəxş etdiyi ən dəyərli nemətlərdən biri də yaxşı müəllimə rast gəlməkdir. Axı insanı cəmiyyətə faydalı fərd olaraq yetişdirən müəllimlərdir. Ömrünü şam tək fəda edən, gözlərinin nurunu söndürən, saçlarının qarasını maarifçilik uğrunda ağardan da onlardır. Bir gün Abbas Səhhətə ( Abbasqulu Mehdizadəyə ) sual verillər.-“Nə üçün həkim olduğunuz halda müəllim işləyirsiz?” Abbas Səhhətin cavabı belə olur: ” vətənimin gənclərini savadsızlıqdan sağaltmaq üçün “. Bu gün maarifçilik uğrunda dayanmadan çaba göstərən bir neçə müəlliilm haqqında yazacam. İlk növbədə bu gün 2017 ci ilin 5 oktyabr tarixində vəfat edən Rafiq İsmayılı xatırlayaq. Rafiq İsmayıl mərhum prezident, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin müşaviri idi. Yaxın dostu, əqidə yoldaşı və silahdaşı. Həm də Bakı Dövlət Universitetinin tarix müəllimi idi. Rafiq bəy hər zaman tələbələrinə milli dəyərləri aşılamış bir şəxs olub. Onun tələbəsi olmuş Qələndər müəllimin Rafiq bəylə bağlı bir yazısında bir cümləni xüsusi qeyd edəcəm. ” Rafiq bəyin dilindən, mühazirələrindən, hər zaman millətə, vətənə, sədaqətli olmaq, onun üçün hər fədəkarlığa hazır olmaq kimi dəyərlər qazanmışıq “. Böyüklərimdən eşitdiyim qədər Rafiq bəy ərazi bütövlüyümüz ugrunda tələbələrini Laçına göndərəndə hər biri üçün narahat və kədərli imiş. Sanki hər biri öz doğma övladıymış. Məkanınız cənnət olsun gözəl insan.

Bu gün Əbülfəz Elçibəydi yad etməyi özümə borc bilirəm. Əbülfəz Elçibəy gözəl tarixçi və şərqşünas olmuşdur. Bakı Dövlət Universitetində müəllim işləmişdi. Hər kəsə məlumdur ki, Elçibəy neçə vətənini sevən, millətçi, türkçü bir insan idi. Xalq Hərəkatı və prezidentlik dönəmində milləti üçün etdikləri bariz nümunədir! Elçibəy cox gəncin xaricdə təhsil almasına dəstək olub. Ölkəyə test üsulunu gətirmişdi. Hətta yaşadığı məkanda qonşuluqda olan uşaqlar üçün hər axşam evə dönərkən dərsliklər və türkçülük haqqında kitablar da gətirərmiş. Hətta onun özündən sonra qoyub getdiyi ideyaları belə böyük məktəbdir. Həm siyasi, həm maarifçi və ideoloji baxımdan. Məkanınız cənnət olsun böyük müəllim.

Tanıdığım və üstümdə böyük əməyə sahib olan Elxan İsmayılov da dəyərli müəllimlərdəndir. Şəxsən onun tələbəsi olmuşam. Tarix dərsinin tədrisi ilə yanaşı bizləri bir çox istiqamətə yönləndirmişdi. Ədəbiyyat, dini baxış, vətənpərvərlik movzusunda maariflənməyimizə yardımçı olmuşdu. Mənəviyyatına sığınaraq maddiyata çoxda önəm verməz bir şəxsdir. Hətta hazırlıq dönəmində də təyin olmuş vaxtdan ( 2 saat müddətdən ) daha çox dərs keçərdi. Beləliklə, bu da abituryentlərin daha yaxşı hazırlaşmasına stimul verirdi.

Cəmiyyətimizə faydalı gənclər yetişdirən müəllimlər sırasında Vüsal Əfəndi də var. Bütöv Azərbaycan Mühafizəkarları ideoloji təşkilatının sədri. BAM təşkilatı vətən-millət uğrunda hər fədəkarlığa hazır olan ləyaqətli insanlarla birgə qurulmuşdu. Və dörd ildir ki, öz fəaliyyətini davam etdirir. Vüsal bəy ixtisasca riyaziyyat müəllimidir. Azərbaycan gənclərinin təhsil almsı üçün də böyük əməyi var. Belə ki sədri olduğu təşkilatın nəzdində təmənnasız hazırlıq kursları yaratmışdı. Kursda təhsil alan gənclər lazım olan dərsliklərlə də təmin olunur.Hazırlıq kurslarından istifadə edən gənclər zamanla ölkəmizdə, xaricdə, universitetlərə və dövlət qulluğuna qəbul olublar. Təşkilatın nəzdində XARİCDƏ OXUYAN GƏNCLƏRƏ DƏSTƏK FONDU yaradılıb. Bu fondun təşəbbüsü ilə xaricdə oxuyan gənclərə dəstək olunur. İl ərzində təhsilindəki uğurlarına görə xaricdəki tələbələrə pul mükafatı təqdim edilir. Ən azı ildə üç gənc olmaqla hər birinə 100 manat. Təşkilat tərkibində kitabxana fondu yaradılıb. Bu fonddan da il ərzində yüzdən çox şəxs istifadə edir. Bədii əsərlər, İslami-Milli dəyərləri aşılayan və tarixi kitablar bu fonda daxildir.

Adları sadalanan mərhum müəllimlərə Tanrıdan rəhmət diləyirik. Digər müəllimlərimizə isə təşəkkür edirik. Ümumilikdə gənclərə dəstək olan, milli ruhu aşılıyan hər bir müəllimə təşəkkür edirik. Mənə dərs demiş ilk müəlliməm İradə xanıma və bütün müəllimlərimə minnətdaram. Bu müqəddəs adın məsuliyyətini dərk edən, öz peşə fəaliyyətini layiqincə yerinə yetirən müəllimləri səmimi qəlbdən bir daha təbrik edirəm. Tanrı sizləri qorusun, ƏZİZ MÜƏLLİMLƏR.

Ayna Sarablı

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN