Murad Dadaşov:”Neft sənin deyil, sən bu neft üçün nə etmisən?..”

0
1085

Xalq artisti Murad Dadaşovun “Popumuz var” verilişində dediyi sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Xalq artisti neft haqqında maraqlı fikir irəli sürüb. O sovet dövrü ilə kapitalizmi müqayisə edərək deyib: 

“Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrəti ancaq sosializm ölkələrində görə bilərsiz. Bilirsiniz bu nə ilə bağlıdır, sovet dövrün rejimi kolxoz idi. Hamının  nəyi var idisə, ortalığa qoyurdu. Bir nəfər kolxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik, necə oldu siz qabağa keçdiniz. Bundan isə nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Amma sovet dövründə hamı bir-birinin pulunu qazanırdı.

Bəzən deyirlər, neft mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən. Sən də istedadını göstər keç önə.”

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN