“Nobel qardaşlarının ilk uğuru” filmi Dominik respublikasıında “Şərəf” adına layiq görülüb

0
13

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş və dünyada böyük maraq doğurmuş “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 2019 Festival İnternacional De Cortometrajes Libélula Dorada Festivalinda” digər ölkələrin filmləri ilə mübarizə aparır. Dominik respublikasıında qısametrajlı sənədli Film Yarışması”nda bütün mərhələləri keçərək “ Sənədli filmi” kateqoriyası  (xarici dil üzrə) “Şərəf” adına layiq görülüb. Dominik respublikası  Şimali Amerika ilə Cənubi Amerika arasında bir adada yerləşir, əhalisi ispan dilli xalqdır.

Bu barədə 1az.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

– Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub. Onlar  gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdi. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olub. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır. 1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir. Dünyaca məşhur olan Nobel qardaşlarının gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam bilir. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. “Nobel qardaşlarının ilk uğuru” filminin çəkilişləri 17 mart 2019-cu ildə başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub. 

Festival İnternacional De Cortometrajes Libélula Dorada festivalında mukafat alan filmlərin siyahısı ilə FB səhifəsində tanış ola bilərsiniz: https://www.facebook.com/FICLD/photos/pcb.2497667810465676/2497667623799028/?type=3&theater

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN