“O yerlərə qayıtmaq mümkün deyil”-Əli Ömərovun doğum günü ETİRAFI

0
46

Bu gün Azərbaycanın sabiq Baş prokuroru Əli Ömərovun doğum günüdür. Ə.Ömərov 1947-ci il sentyabrın 10-da Ermənistanın Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub. 
Doğum günüylə bağlı moderator.az-a açıqlamasında Ə.Ömərov bu gününü ölkədən kənarda qeyd edəcəyini bildirib:
“Təbrikiniz üçün çox sağ olun. Mən indi Yessentukidə istirahət edirəm. Yəqin ki, burda yoldaşlarla limonad – filan içib qeyd edəcəm, mən içki içmirəm”. 
“Doğuldunuz yerlərə nə vaxtsa qayıtmaq içinizdən keçirmi, sizcə, o yerlərə qayıtmaq mümkün olacaqmı” sualına isə Ə.Ömərov belə cavab verib:
“Niyə də keçmir, amma bu qeyri – mümkündür. Mən Amasiyada doğulmuşam. İnsan harda doğulubsa, heç vaxt oranı yaddan çıxarmaz və ürəyi də həmişə orayla atır. Mənim də ürəyim orayla atır, amma Allah ermənilərə lənət eləsin. Mənə elə gəlir ki, o yerlərə qayıtmaq mümkün deyil”. 

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN