“Özünə şalvar ala bilməyənlər arvad alırlar, gəlin də qaynatasına bir dəfə…”-Seymur Verdizadə yazır…

0
38

Biz uşaq olanda bu dedi-qodunun, söz-söhbətin arvad işi olduğunu görmüşük. Amma artıq kişilər də qeybət edirlər, paxıllıq çəkir, kimisənin arxasınca danışırlar. Bu da işsizliklə, istədikləri karyeranı qura bilmədiklərindən və yaxud sosial şəbəkələrə çox aludə olduqlarına görədir. Mən düşünürəm ki, kişilərin öz gəlinlərinə və yaxud öz övladlarının ailəsinə qarışması da elə bu səbəblərlə bağlıdır. Bu sosial məsələlərin müzakirə olunduğu proqram, verlişlərdə dəfələrlə müzakirə etmişik ki, oğlanlar öz həyat yoldaşlarını atalarının evlərinə gətirirlər. Buna görə də orada mülkiyyət hüququ olmur. Arada da biraz söz-söhbət olan kimi, bunu öz övladlarının başına vurur. Bu atadan, anadan asılılıq gənclərimizin xoşbəxtliyinə mane olur. Mən bunu dəfələrlə müşahidə etmişəm. Ona görə də deyirəm ki, evlənmək xatirinə evlənmək olmaz. Oğlanlar təkcə mənəvi yox, həm də maddi cəhətdən bu məsuliyyətin altına girə biləcəklərini  hiss etdikdə evlənməlidirlər. 
Mən tez-tez belə fikir səsləndirirdim ki, Azərbaycanda özünə şalvar ala bilməyənlər, arvad alırlar. Atasınının aldığı bəylik kostyumu ilə bəylik kürsüsündə oturur, onun evində yaşayırlar. Beləliklə, oğul atadan asılı olur. Gəlin də qaynatasına bir dəfə soyuq çay verəndə qaynata şikayətlənir ki, mənim evimdə oturmusan, amma arvadın mənə soyuq çay verir. Bizim cəmiyyətin sosial cəhətdən vəziyyəti o qədər yaxşı olsun ki, gərək, hər cütlüyün öz evi olsun. 
Mən kişilərin öz gəlinləri ilə müxtəlif intriqalara girməsinə təəssüf hissi keçirirəm. Biz həmişə elə görmüşük ki, qaynana gəlinin işinə qarışsa da, qaynata onun qarşısını alıb. Amma əgər belədirsə, qaynata qaynananın işini yerinə gətirirsə, deməli gənclərimizi yaxşı günlər gözləmir. Belə hadisələrin hesabına da artıq hər ayda 1000-dən çox ailə dağılır. Hələ mən qeydiyyatda olanları deyirəm. Şəxsən mən Azərbaycanın gələcəkdəki ailə institutu ilə bağlı bədbinəm”.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN