Prezident niyə məhz Əli Əsədovu seçdi?-TƏHLİL

0
200

Bu gün Milli Məclisin gündəliyinə daxil olan 14 məsələnin birincisi Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Heydər oğlu Əsədovun baş nazir vəzifəsinə namizədliyinin təqdiqlənməsi olacaq.Bu barədə rəsmi məlumat yayılandan və Baş nazir Novruz Məmmədovun istefa verəcəyi təsdiqlənəndən sonra təhlillər başlayıb. Müzakirə isə budur: Prezident İlham Əliyev niyə Baş nazir vəzifəsinə məhz Əli Əsədovun namizədliyini irəli sürüb?

Mövzu ilə bağlı axar.az-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, Ə.Əsədovun baş nazirliyə təqdimatı hər şeydən öncə Prezidentin qərarıdır və görünür, Prezident indiki məqamda bu təyinatı məqbul sayır:“Mənim fikrimcə də Əli Əsədov peşəkar iqtisadçıdır, inşaat məsələləri ilə məşğul olan biridir. Dəfələrlə dövlət başçısının tapşırığı ilə bir sıra inşaat obyektlərinə o rəhbərlik edib. Düşünürəm ki, bu, çox yerinə düşən bir namizəddir. Çünki Əli Əsədovla bir neçə il əvvəldən tanışlığımız var. Bilirəm ki, çox məsuliyyətli, savadlı bir şəxsdir. İqtisadçı olduğu üçün bu sahədə fəaliyyəti fayda verəcək, bu sahəni öz üzərinə götürərək, dövlət başçısına iqtisadi islahatların tətbiqində kömək olacaq. Fikrimcə, Ə.Əsədov bu sahədə müəyyən yeniliklərə də nail ola bilər”.F.Sadıqov qeyd edib ki, əslində, N.Məmmədovun təyinatı gözlənilməz sayıla bilərdi:

“Novruz Məmmədov çox layiqli insandır və öz sahəsinin peşəkarıdır. Əlbəttə, keçid dövrü üçün fəaliyyətini də müsbət qiymətləndirmək olar. Ancaq indiki mərhələdə baş nazir ixtisaslı və bu sahənin peşəkarı olmalıdır və buna da qərar verilib”.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN