Pul qabınıza mütləq körpə fotosu qoyun – Səbəbi öyrəndikdə təəccüblənəcəksiniz

0
49

Valideynlər uşaqlarının, nənə və babalar nəvələrinin fotolarını pul qabında daşımağı çox sevirlər.

Hertfordshire Universitetinin professoru Riçard Useman bu fotoşəkillərin itən pul qabının geri qayıdıb-qayıtmayacağına necə təsir etdiyini öyrənməyə qərar verib. O, komandası ilə birlikdə Edinburgun fərqli ərazilərində 240 pul qabını itirib və onları tapanların neçəsini qaytaracağını öyrənmək istəyib. Pul qablarına körpələrin, bala itlərin, ailələrin və ya daha yaşlı cütlüklərin fotoşəkilləri qoyulub. Bunların içində heç fotoşəkil olmayan pul qabları da var idi.

Nəticədə içində körpə fotoşəkilləri olan pul qabları ən çox geri qayıdan olub. Körpə fotoları olan pul qablarının 88 faizi, bala it fotoları olanların 53 faizi, ailə fotosu olanların 48 faizi, heç foto olmayan pul qablarının sadəcə 15 faizi geri qayıdıb.(metbuat)

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN