Qubada yenə ayı hücumu

0
3

Qubada ayı heyvanlara hücum edib. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xınalıq kəndində qeydə alınıb.

Vəhşi heyvan axşam saatlarında kənd sakini Balasultan Sultanovonun təsərrüfatına hücum edib və onun bir baş inəyini parçalayıb.

Sakinlər bildirir ki, son bir ay ərzində ayılar kəndə tez-tez hücum edir. Bundan əvvəl vəhşi heyvanlar sakinlərin daha dörd baş heyvanını da parçalayıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl rayonun Küsnətqazma kəndində də ayı sakinlərin altı baş inəyinə hücum etmişdi.

Faktla bağlı araşdırma aparılır.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN