Şvaynştayqer karyerasına son qoydu

0
0

Futbol üzrə Almaniya yığmasının keçmiş oyunçusu Bastian Şvaynştayqer kareyerasına son qoyub. “Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, bunu o, “Major League Soccer” (MLS) mövsümümünün finalından iki gün sonra açıqlayıb.

Şvaynştayqer “Çikaqo Fayr” klubu adından çıxış edirdi. Bu mövsüm o, MLS-in turnir cədvəlində 17-ci yeri tutmuşdu.

İdman karyerası ərzində 35 yaşlı futbolçu “Bavariya”, “Mançester Yunayted” kimi fubol klublarının tərkibində də oynayıb. 2014-cü ildə o, Almaniya yığması ilə bərabər futbol üzrə dünya çempionu olub.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN