Tanınmış miniatürçü rəssam Fəxrəddin Əlinin əsərlərinin sərgisi keçirilir

0
12

AMEA-nın Mərkəzi Elmi Kitabxanasından (MEK) 1az.az-a verilən məlumatda bildirilir ki, Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam  Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

Fəxrəddin Əli 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində dünyaya gəlib. Onun yağlı boya ilə çəkdiyi rəsm əsərləri Azərbaycanda və xarici ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib. Sərgidə rəssamın Nəsirəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və digər sənətkarların əsərlərinə — Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”, “Dədə Qorqud”, Nizami Gəncəvinin “Xəmsə”, Saib Təbrizinin “Mehr və müştəri”, “Azərbaycan muğamı” mövzularında çəkdiyi miniatürlər nümayiş olunur. Sərgidə müəllifin “Şəhidlər” xalçası, işlədiyi şəxsi portretlər, “Türkiyə” mövzusunda rəsm əsərləri və kitabları da yer alır.

Sərgi bir həftə davam edəcək.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN