Tanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün…

0
42

Qarabağ müharibəsində, öz döyüş səlnaməsini tarixə yazan XTPD-nin DİN-nin arxivində bu gün demək olar ki, keçirtdiklərimiz hərbi əməliyyatlar haqqında bir dənə də sənəd tapmaq mümkün deyil. Bütün bunları nəzərə alıb,gələcək nəsillər üçün canlı şahidlərin xatirələrin qələmə almaq məcburiyyətində qalmışam. Bu işdə mənə kömək edən bütün silahdaşlarıma minnətdarliğimi bildirirəm.

Ağdərə rayonunun Qısabad (Kasapet) kəndini azı iki dəfə dığalardan təmizlədiyimiz yadımdadır. Məsələ bundadır ki, kəndi təmizləyib, yuxarıdan verilmiş göstərişə əsasən yerimizi dəyişdirirdik. Sonuncu dəfə Kasapet kəndinə əks hücüma keçəndə bu döyüşün canlı şahidi İlqar Hüseyinovun xatirəsini sizin nəzərinizə çatdırıram:

“1993-cü ilin fevral ayının son günləri idi. Sübh tezdən soyuq hava adamın iliyinə işləyirdi. Havanın işiqlanmasını gözləyirdik ki, od qalayıb, bir az qızınaq. Qarabağın qışı, Bakının qışı kimi adamı yola vermir. Ayazı da kəsir, şaxtası da. Hava işiqlaşdı və növbə ilə odun qarşısında qızınırdıq ki, hücum əmri verıldi. Dığaların mövqeyini tutmalıydıq. Hava yolu ilə dığalarla bizim 150-200 metr aramız var idi. Əmrə əsasən itkisiz iki saat ərzində dığaların səngəri tutmalıydıq. Allah eləsin deyib, hücüma başladıq. Sağımda Rəhmətlik Quliyev.

Rasım İsmailov, Pərviz Qədirov, Ələkbər, solumda, Eminov Rauf, Qara Hüseyn, Bəxtiyar avtomatdan ata-ata irələlləyirdik. AQS-çilərimizin dəqiq atəşi işimizi yetmiş faiz azaltmışdı. İlk dığanın səngərinə girən Quliyev Rasim oldu. Bıçaqla dığanı yaralayıb qulağını kəsdi. Kəsilmiş qulağı sağ əlilə yuxarı qaldırıb,andronik deyə bağırdı. Leşlərin altında gizlənib, özünü ölülüyə vurmuş dığa Rasimi ağır yaraladı. Bu döyüşdə Cəlal Cəlılabadlıda, Bəxtiyarda yaralandı.

Fevralın 27.1993-cü ildə yaralanmış Quliyev Rasım martın 05.03.1993-cü ildə Bakıda xəstəxanada şəhid oldu.

Şəhidlər xiyabanında dəfn edəndə böyük izdiham var idi.

Bircə fikir beynimi yeyib, dağıdırdı. Şəhidlərin qanını almamış, Qarabağı azad etməmiş,ölmək yoxdur. Sonda qəzəlxan Seyid ağanın qəzəlini yada saldım:

“Bizlərdə Vətən naminə ölmək də şərəfdir”.

Necə deyərlər, Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün! Fedai.az

Sadiq Qədirli
Müharibə veteranı

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN