VƏKİLLƏR-Xəlil Məmmədli yazır…

0
40

Bu gün Azərbaycan vəkilliyinin 100 yaşı tamam olur. Peşə bayramı münasibətilə Azərbaycan vəkillərini təbrik edir və onlara uğurlar arzulayırıq. 1az.az saytı vəkil Xəlil Məmmədlinin həmkarlarına həsr etdiyi şeiri İMZALAR rubrikasında Sizə təqdim edir…

Azərbaycan Vəkilliyinin 100 illik yubileyinə həsr edirəm

Mən öz peşəmizin vurğunu oldum

Gördüm ki, şərəfdi, şandı vəkillər

Sevdim bu peşəni aşiqi oldum

Vuruldum özümə, Sizə vəkillər.

Səni axtarırlar, səni tapırlar

Sənə hörmət qoyub, səni sayırlar

Həmfikir olurlar, həmdəm olurlar

Qardaşdı , bacıdı dostdu vəkillər.

Bu yolda qarşını kəsən olacaq

Səni istəmiyən, sevən olacaq

Sirrini səninlə bölən olacaq

Qılıncdı, qalxandı, oxdu vəkillər.

Çəkdiyin əziyyəti halal edirsən

Haqsızın qarşısın haqla kəsirsən

Növbətçi qalırsan, keşik çəkirsən

Gözündə yuxusu haram vəkillər.

Qazancı halaldı, alın təridir

Köməksiz qalanın ümid yeridir

Danışan dilidir, vuran əlidir

Məzlumun yanında duran vəkillər.

Qanunlar başının tacı sayılır

Şərəflə, vicdanla, azad çalışır

Əzmlə, mərdliklə, şəstlə danışır

Andına sadiqdir bizim vəkillər.

Əynində cübbəsi, nurlu çöhrəsi

Etik davranışı, sözdə kəsəri

Möhtəşəm çıxışı, məğrur sifəti

Sıldırım qayadı, dağdı vəkillər.

 Görülən işlərə qulp qoyacaqlar

Yaxşıya yamanla söz qoşacaqlar

Paxıllar, nankorlar tor quracaqlar

Dönmə haqq yoluyla gedən vəkillər.

100 illik keçmişin şərəf, şanındır

Birliyin, düzlüyün adın-sanındır

Allahın bir adı sənin adındır

Tanrı kömək olsun Sizə vəkillər.

Keçmişə baxıram şərəf görürəm

Bu günə baxıram əhsən deyirəm

100 yaşın mübarək olsun deyirəm

Nə xoş duyğulardır əziz vəkillər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Məmmədov Xəlil Rüstəm oğlu

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN