“WhatsApp”da yeni təhlükə-bu formata diqqət!

0
5

Dünyada 1,5 milyarda yaxın istifadəçisi olan ən populyar ani mesajlaşma xidməti “WhatsApp”da təhlükəsizliklə bağlı yeni problem aşkar edilib. Bu dəfə pis niyyətli şəxslərin hədəfi GİF fayllardır. Belə ki, hakerlər bu fayllardan istifadə edərək istifadəçinin telefonuna giriş əldə edə bilirlər.

Yəni siz fərqində olmasanız belə GİF formatında telefonunuza yükləmə etdiyiniz andan smartfonun yaddaşında olan fotolar, digər şəxsi məlumatlarınız hakerlərin nəzarətinə keçir.

Bu təhlükəsizlik problemi ilə daha çox “Android” – xüsusi ilə də bu tədbiqin 8.1 və “9 Pie” versiyasını işlədən istifadəçilər qarşılaşa bilər.

“WhatsApp” hələlik bu barədə heç bir açıqlama verməsə də, istifadəçilərdən xidməti 2.19.244 versiyası ilə yeniləmələrini istəyib.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN