“Hər bir ölkə öz bənzərsizliyinə görə xalqına borcludur”.

J.Bernanos

“Qəhrəmanları olmayan xalq bədbəxt xalqdır”.

B.Brext

“Yer şumlamağın da poema yazmaq qədər şərəfli bir iş olduğunu dərk etməyən xalqın tərəqqisi mümkün deyil”.

C.Vaşinqton

“İnsanın böyüklüyü boyla ölçülmədiyi kimi, xalqın böyüklüyü də sayla ölçülmür. Yeganə ölçü vahidi – onun əqli inkişafı və mənəvi səviyyəsidir”.

V.Hüqo

“Xalqın dərdini bölüşməyən adam onun xoş günündə də istər-istəməz özünü tənha hiss edəcək”.

L.Leonov

“Xalqı ən çox korlayan hiss – nifrətdir”.

D.Madzini

“Bəzən xalqın ən ali nümayəndələri, ölümə məhkum etdiyi olur”.

E.Renan

“Xalqı satın almaq olmaz, amma aldatmaq mümkündür”.

***

“Yalnız güclü dövlət öz xalqına azadlıq verə bilər”.

J.Russo

“Xalqın səsi müqəddəsdir”.

Seneka

“Xalqın xarakteri yalnız ona azadlıq veriləndə üzə çıxır”.

A.Stal

“Millət hər zaman öz gücünü xalqdan alıb”.

A.Frans

“Ayrı-ayrı şəxslər mənən sına bilər, xalqı isə sındırmaq mümkün deyil”.

Y.Fuçik

Xalq nəyisə görməyə bilər, amma onun hissiyyatı heç zaman ölmür”.

D.Harrinqton

“Hansısa xalqın böyük qəhrəmanlığından bütün xalqlar xeyir görür”.

S.Sveyq

“Bütün mövcud qanunların ən alisi – xalqın rifahıdır”.

Siseron

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN