Yeni iPhone 11 Pro Max-ı Bakıdan almaq ABŞ-a səyahət edib oradan alıb gətirməkdən 155 manat bahadır

0
5

Azərbaycanda iPhone-11 Pro Max 256 GB-lıq smartfonun satış qiymətinə ABŞ-a bir günlük səyahət etmək və ordan bu telefonu alıb qayıtmaq olar.

Bu barədə Facebook-da “Albert Eynişeydi” adlı səhifə istifadəçilərinin apardığı araşdırmada qeyd edilib. Araşdırmada vizası olanlar üçün Nyu Yorka səfər edib bu telefonu almağın Azərbaycandakı satış qiymətindən 5 manat ucuz başa gəldiyi bildirib:

“AZAL-da 1 gün içində Bakıdan Nyu-Yorka gediş-gəliş biletlərinin qiyməti cəmi 1475 manatdır. “Apple”ın rəsmi saytında iPhone-11 Pro Max 256 GB-lıq smartfonun qiyməti isə 1249 dollar, yəni 2119 manatdır. Beləliklə, vizası olanlar üçün Nyu Yorka səfər edib, bu telefonu almaq üçün cəmi 3594 manat xərc tələb edilir. Sözügedən smartfonun İrşad Telekomda satış qiyməti isə 3599 manatdır – yəni yuxarıdakı qiymətdən 5 manat baha. Nəticə belədir ki, vizanız varsa, ABŞ-a gedib iPhone-11 Pro Max 256 GB-lıq smartfonu alıb gəlmək Bakıda eyni smartfonu almaqdan daha ucuz başa gəlir. Üstəlik gedib gəzmiş olacaqsınız. Hətta bu qiyməti daha ucuz etmək üçün Gürcüstana gedib, oradan səyahət etmək də mümkündür”.

Qeyd edək ki, səhifənin araşdırmasında sözügedən mobil cihazın qeydiyyatına tələb olunan 150 manat dövlət rüsumu nəzərə alınmayıb.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN