Zelenskinin varidatı açıqlandı: Gürcüstanda otellər, Avropada evlər…

0
30

Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2018-ci ilə olan vergi bəyannaməsini dərc edib. 

Ukrayna mətbuatı xəbər verir ki, Zelenski 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar) qazanıb.Belə ki, Vladimir Zelenski paytaxt Kiyevdə beş evə, İtaliyada iki evə, Böyük Britaniyada icarəyə götürülmüş iki evə, Gürcüstanda tikintisi gedən 10 hotelə sahibdir. Prezidentin “PrivatBank”dakı hesabında 400 min dollar, “OTP Bank”da isə 1 milyon qrivnası var. 

Bundan əlavə, ötən il Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya 5 milyon 500 min qrivna gəlir əldə edib. 

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN